Harami dağında vulkan püskürüb
12 May 2011 Cümə Axşamı 10:26
Hacıqabul rayonu ərazisindəki Harami dağında vulkan püskürüb.
Bu barədə APA-nın Mil-Muğan bürosuna Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul şöbəsinin rəisi İlqar Namazov məlumat verib. Məlumatda bildirilir ki, bu gün saat 8.30 radələrində Hacıqabul rayonunun Qubalı-Baloğlan kəndinin ərazisinə yaxın Harami dağının (Böyük Hərami silsiləsi) zirvəsində 30-50 metr hündürlüyündə alovla müşayiət olunan palçıq vulkanı püskürüb.
Fasilələrlə 30 dəqiqədən çox püskürən vulkanı 70-80 kilometr məsafədən seyr etmək mümkün olub.
Vulkan Hacıqabul rayonu və Şirvan şəhərindən də müşahidə edilib. APA
DOSTLARINLA PAYLAŞ: