Ölkə

Hakimlərə namizədlər imtahan veriblər

Bu imtahanı da uğurla başa vuran hakimliyə namizədi qarşıda şifahi imtahan gözləyir

· Xəbərçi
Hakimlərə namizədlər imtahan veriblər

 

Bu gün test imtahanından 60 və daha artıq bal toplayaraq imtahanın ikinci mərhələsinə buraxılan 213 nəfər hakimliyə namizədin növbəti yazılı imtahanı keçirilib. Bu imtahanı da uğurla başa vuran hakimliyə namizədi isə qarşıda şifahi imtahan gözləyir.

Hakimlərin seçki komitəsinin sədri İman Nağıyevin bildirdiyinə görə, suallar imtahan zalından kənarda hakimlərin seçki komitəsi tərəfindən iki saat ərzində bu gün hazırlanıb. Onun sözlərinə görə, namizədlərə cinayət  və mülkü sahəyə aid olan bir sual veriləcək. Qeyd edək ki, imtahanın nəticəsi ikiqat yoxlama əsasında yoxlanılacaq. /ANS TV/

 

 

 

Şərhlər