Hacıqabulda partlayıcı maddələr tapılıb
12 Dekabr 2009 Şənbə 11:10
Silah-sursatın kim tərəfindən atılması məlum deyil
Hacıqabul rayonunda partlayıcı maddələr tapılıb. Bu barədə ANS PRESS-ə Hacıqabul rayon Polis Şöbəsindən məlumat verilib. Rayon ərazisindən 2 ədəd qumbara, 3 ədəd alışdırıcı, 1 ədəd fişəngatan qurğu, 422 ədəd müxtəlif çaplı güllə və 6 ədəd güllə darağı tapılaraq götürülüb. Həmin silah-sursatın kim tərəfindən atılması məlum deyil.
Faktla bağlı araşdırma aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar