Ölkə

Hacılarımız qayıdıb

Azərbaycanlı hacıları gətirən ilk təyyarə bu gün səhər Bakıya çatıb

· Xəbərçi
Hacılarımız qayıdıb
Həcc ziyarətindən qayıdan azərbaycanlı hacıların ilk qrupu artıq Azərbaycandadır. Bu barədə məlumatı ANS PRESS-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov verib. Onun sözlərinə görə, beş təyyarədən birincisi bu gün səhər saatlarında ölkəyə gəlib. Bu gün günorta saatlarında daha bir təyyarənin gəlməsi nəzərdə tutulub.
M.Payızov digər iki təyyarənin dekabrın 5-də, sonuncusunun isə dekabrın 6-də ölkəyə gəlməsinin planlaşdırıldığını bildirib. “Avtobuslar isə pərakəndə şəkildə gəlirlər. Onlardan bir neçəsi Kürdəmir rayonundadır. Bir neçəsi Qırmızı körpü keçid məntəqəsini keçib. Sonuncusu isə Trabzondadır”.

Şöbə müdiri hacıların səhhətlərində də heç bir ciddi problem olmadığını qeyd edib. “Yüngül öskürmək, asqırmaq ola bilər. Onların 3 milyona yaxın insanın içindən gəldiyini nəzərə alsaq bu təbiidir. Amma sağlamlıqla bağlı heç bir ciddi problemləri yoxdur”. ANS PRESS

Şərhlər