Hacı Allahşükür Paşazadə səhhəti barədə danışdı
17 May 2014 Şənbə 23:47
Bütün Qaqazın Şeyxi Hacı Allahşükür Paşazadə səhəti ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
ANS TV-nin məlumatına görə, hazırda Türkiyədə olan Hacı Allahşükür Paşazadə bu ölkədə xəstəxanada görünməsinin səbəbini izah edib.
Bütün Qaqazın Şeyxi Hacı Allahşükür Paşazadənin sözlərinə görə, öz səhhəti ilə bağlı heç bir problemi yoxdur: “Həyat yoldaşımın dizində problem vardı. Onu əməliyyat etdilər. Məhz ona görə, mən burda, onun yanındayam. İnşallah bu yaxınlarda vətənə qayıdacayıq. Ümumiyyətlə, mən bu şeylər barədə, nə danışmaq, nə də buna cavab vermək istəyirəm. Qədər Allahdandır”!
DOSTLARINLA PAYLAŞ: