Hacı Allahşükür Paşazadə müsəlmanları təbrik edib
15 İyun 2011 Çərşənbə 18:20
Bu gün Həzrəti Əlinin mövludu günüdür. Hacı Allahşükür Paşazadə müsəlmanları təbrik edib.
Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Həzrəti Əlinin mövludu və Qurtuluş günü münasibəti ilə tədbir keçirilib. QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Həzrəti Əlinin mövludu günü münasibətilə dünya və Qafqaz müsəlmanlarını təbrik edib.
Qarabağ münaqişəsinin sülh və uğurla başa çatması üçün dualar edən Allahşükür Paşazadə 15 iyun - Qurtuluş günü barədə danışaraq deyib ki, o, həmin hadisələrin şahidi olub: “Ölkə 1993-cü ildə dini və milli parçalanma ərəfəsində idi. Heydər Əliyev buna imkan vermədi”.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: