Gürcüstanın iqtisadiyyat naziri Azərbaycana gəlib
25 Aprel 2011 Bazar Ertəsi 10:54
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri xanım Vera Kobaliya Bakıya gəlib.


Bu barədə APA-ya Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfirlikdən bildirilib ki, bir gün davam edəcək bu işgüzar səfər zamanı gürcüstanlı nazirin Azərbaycan tərəfi ilə sərmayələrin təşviqi, turizm, nəqliyyat və digər sahələrədə əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə edəcəyi gözlənilir. Bu gün V.Kobaliyanın Azərbaycanın dövlət başçısı və Nazirlə Kabinetində qəbul ediləcəyi bildirilir. Hazırda Gürcüstanın iqtisadiyyat naziri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar