Gürcüstanda daha üç “SOCAR” yanacaqdoldurma məntəqəsi açılıb
03 İyun 2011 Cümə 10:36
YDM-lərdən biri İmereti bölgəsinin Tkibuli rayonunda, ikisi isə Kutaisidə istifadəyə verilib
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstandakı “SOCAR Energy Georgia - SOCAR Georgia Petroleum MMC” törəmə müəssisəsi “SOCAR” brendli daha 3 yeni yanacaqdoldurma məntəqəsini (YDM) açıb.

ARDNŞ-in mətbuat xidmətindən verilən məlumata görə, YDM-lərdən biri İmereti bölgəsinin Tkibuli rayonunda, ikisi isə Gürcüstanın ikinci böyük şəhəri olan Kutaisidə istifadəyə verilib. Bununla da qonşu ölkədə “SOCAR Energy Georgia MMC”-yə məxsus YDM-lərin sayı 71-ə çatıb.

Açılışlarda ARDNŞ-in Gürcüstandakı nümayəndəliyinin, “SOCAR Energy Georgia MMC”nin məsul şəxsləri, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, eləcə də kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar