Gündəlik ramazan təqvimi (9 avqust 2011)
09 Avqust 2011 Çərşənbə Axşamı 00:33
İlahi, bu gün məni Öz parlaq dəlillərinə istiqamətləndir!
09 ramazan 1432 – 09 avqust 2011

Imsaq: 05.26
İftar: 21.01

9-cu günün duası: Allahumməjəlni fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-jamiə. Biməhəbbətikə ya əmələl muştaqin.

(İlahi, bu gün bol Rəhmətini mənə nəsib et. Məni Öz parlaq dəlillərinə istiqamətləndir. Məni razılığına səbəb olan və hər jür xeyri özündə jəm edən əməllərə doğru çək. Məhəbbətinə and verirəm, ey şövqlülərin istəyi!) Amin!

Ayə: “Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından: “Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara ehsan (yaxşılıq, kömək) edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin!” – deyə əhd-peyman aldıq. Sonra, az bir qisminiz müstəsna olmaqla, əhdinizdən döndünüz, çünki siz (İsrail övladı haqdan) üz döndərənsiniz.” /Bəqərə - 83/

Hədis: "Bütün yaxşılıqlardan üstün bir yaxşılıq vardır. Lakin insan Allah yolunda öldürüldükdə, daha bundan da üstün bir yaxşılıq yoxdur.”

Qeyd edək ki, Bakı üçün nəzərdə tutulan oruca başlama (imsaq) və orusu açmaq (iftar) vatxları Qafqaz müsəlmaları idarəsinin rəsmi isternet saytından götürülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar