Gündəlik ramazan təqvimi (4 avqust 2011)
04 Avqust 2011 Cümə Axşamı 00:08
İlahi, bu ayda mənə Sənin əmrini yerinə yetirmək üçün qüvvət ver!
04 ramazan 1432 – 04 avqust 2011
Imsaq: 05.20
İftar: 21.08
3-cü günün duası: İlahi, bu ayda mənə Sənin (oruc tutmaq barədə) əmrini yerinə yetirmək üçün qüvvət ver. Səni zikr etməyin şirinliyini mənə dadızdır, Səxavətinə görə şükr etməyə məni ruhlandır. Məni bu ayda özün hifz et. Bəsirətlə nəzər edən Allahım! Amin!
Ayə: “Allah sizi bilmədən (səhvən) içdiyiniz andlarınıza görə cəzalandırmaz (məzəmmət, sorğu-sual etməz), lakin (bilə-bilə və ya qəsdən) içdiyiniz andları (pozmağa) görə cəzalandırar. Belə bir andın pozmağın kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabından on yoxsulu yedirdib doyurmaq, yaxud geyindirmək, yaxud da bir kölə azad etməkdir. Bunları etməyə imkanı olmayan şəxs üç gün (dalbadal) oruc tutmalıdır. Bu, içdiyiniz andların kəffarəsidir. Bununla belə, andlarınızı qoruyun (onları pozmaqdan çəkinin). Allah ayələrini sizə belə izah edir ki, bəlkə, şükür edəsiniz!”. /Maidə - 89/
Hədis: "Ramazan ayının gündüz və gecəsində Quran-ı kərimdən bir ayət oxuyana, hər hərfi üçün bir şəhid savabı verilər."
Qeyd edək ki, Bakı üçün nəzərdə tutulan oruca başlama (imsaq) və orusu açmaq (iftar) vatxları Qafqaz müsəlmaları idarəsinin rəsmi isternet saytından götürülüb.
DOSTLARINLA PAYLAŞ: