Gündəlik ramazan təqvimi (3 avqust 2011)
03 Avqust 2011 Çərşənbə 00:08
İlahi, bu gün mənə yaxşı düşünmək ayıq fikir əta et!
03 ramazan 1432 – 03 avqust 2011
Imsaq: 05.18
İftar: 21.09
3-cü günün duası: İlahi, bu gün mənə yaxşı düşünmək ayıq fikir əta et! Məni ağılsız və səfeh işlərdən uzaq et! Bu gün öz səxavətinlə nazil etdiyin hər bir xeyirdən mənə pay ayır! Ey Səxavətlilərin ən səxavətlisi! Amin!
Ayə: “Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız. (Bir-birinizə həddindən artıq yaxınsınız). Allah sizin özünüzə pislik (xəyanət) etdiyinizi (yaxud nəfsinizə qarşı zəiflik göstərəcəyinizi) bilib tövbələrinizi qəbul edərək sizi bağışladı; artıq siz onlara yaxınlaşın, Allahın sizə halal etdiyini onlardan istəyin; sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın; məscidlərdə ibadətdə (etikafda) olduğunuz zaman onlarla (qadınlarınızla) yaxınlıq etməyin. Bunlar (bu hökmlər) Allahın hədləridir, bunları aşmayın! Allah (insanlara) hökmlərini bu cür bildirir ki, bəlkə, müttəqi olsunlar!”. /Bəqərə - 187/
Hədis: "Ramazan ayı mübarək bir aydır. Allahu təala, sizə Ramazan orucunu fərz etdi. O ayda rəhmət qapıları açılar, Cəhənnəm qapıları bağlanar, şeytanlar bağlanar. O ayda bir gecə vardır ki, min aydan daha qiymətlidir. O gecənin [Qədr gecəsinin] xeyirindən məhrum qalan, hər xeyrdən məhrum qalmış sayılar".
Qeyd edək ki, Bakı üçün nəzərdə tutulan oruca başlama (imsaq) və orusu açmaq (iftar) vatxları Qafqaz müsəlmaları idarəsinin rəsmi isternet saytından götürülüb.
DOSTLARINLA PAYLAŞ: