Gündəlik Ramazan təqvimi (10 avqust)
10 Avqust 2011 Çərşənbə 00:17
İlahi, bu gün məni Sənə təvəkkül edənlərdən, Sənin nəzdində səadət tapanlardan, Sənin yaxın olanlardan qərar ver
10 ramazan 1432 – 10 avqust 2011

Imsaq: 05.27
İftar: 21.00

10-cu günün duası: Allahumməcəlni fihi minəl-mutəvəkkilinə aləyk. Vəcəlni fihi mi nəl-
faizinə lədəyk. Vəjəlni fihi mi nəl-mu qər rə binə iləyk. Biih sa nikə ya ğayətəl-talibin.

(İlahi, bu gün məni Sənə təvəkkül edənlərdən, Sənin nəzdində feyz və səadət tapanlardan, Sənin
dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey Sənə jan atanların son məqsədi!). Amin!

Ayə: “ (Ya Rəsulum!) Səndən hansı şeylərin halal edildiyini soruşurlar. De: “Bütün pak nemətlər sizə halal buyurulmuşdur. Allahın sizə öyrətdiyi (ov üsulları) ilə təlim edib əhliləşdirdiyiniz yırtıcı heyvanların (ov iti, şahin və s. ) ovladıqları da sizə halaldır. Onların sizin üçün tutub gətirdiklərindən yeyin və ona görə (təlim etdiyiniz heyvan və quşları ov üzərinə qısqırtdığınız, silah işlətdiyiniz və ovu kəsdiyiniz zaman) Allahın adını çəkin (bismillah, Allahu-əkbər deyin). Allahdan qorxun. Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir!” /Maidə - 4/

Hədis: "Önündəki qırx ev, arxandakı qırx ev, sağındakı qırx ev və solundakı qırx ev (qonşulardır)!"

Qeyd edək ki, Bakı üçün nəzərdə tutulan oruca başlama (imsaq) və orusu açmaq (iftar) vatxları Qafqaz müsəlmaları idarəsinin rəsmi isternet saytından götürülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar