Gündəlik Ramazan təqvimi (01 avqust 2011)
31 İyul 2011 Bazar 23:58
01 avqust 2011 tarixi üçün gündəlik Ramazan təqvimi. İlahi, mənim orucumu oruc tutanların orucundan, namazımı gecə-gündüz namaz qılanların namazından qərar ver.
01 Ramazan 1432 – 01 avqust 2011

İmsaq: 05.16
İftar: 21.11

1-ci günün duası: İlahi, mənim orucumu oruc tutanların orucundan, namazımı gecə-gündüz namaz qılanların namazından qərar ver, məni qəflət yuxusundan oyat, bu ayda günahımı bağışla ey Aləmlərin Allahı, məni əfv et, ey günahkarları əfv edən (Allah)!

Ayə: “ Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” /Bəqərə-183/

Hədis: "Ramazan elə bir aydır ki; ilk günləri rəhmət, ortası bağışlama və sonu Cəhənnəm atəşindən xilas olmaqdır."
 
ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar