Güclü külək evin damını uçurdu
05 Aprel 2014 Şənbə 13:49
Bununla bağlı rəsmi qurumlara etdikləri müraciətlər isə cavabsız qalıb.
Maddi vəziyyəti heç də yaxşı olmayan 5 nəfərlik ailə 1 mərtəbəli çiy kərpicdən tikilmiş evdə yaşayır.

Belə ki, mart ayının 16-da kənddə müşaidə olunan güclü külək evin damını uçurub, nəticədə bu müddətdə yağan yagış evin içinə dolub. Ailə üzvləri deyir ki, bununla bağlı rəsmi qurumlara etdikləri müraciətlər isə cavabsız qalıb.

Zərərçəkən Həbilə Məmmədovanın sözlərinə görə, dəfələrlə icra nümayəndəliyinə gedib şikayət edib: “Bu gün göndərəcəm, sabah göndərəcəm, komissiya geləcək, baxacaq. Qapı baca tör-töküntü, elektrik xəttdi də kəsilib tökülmüşdü. Özümüz quraşdırıb düzəltdik”.

Digər zərərçəkən Fərhad Məmmədov da bildirdi ki, 3 dəfədir İcraya getmişəm şikayət etmişəm, amma gəlib baxmayıblar.

Xaçmaz rayon İcra Hakimiyyəti isə məsələyə şifahi münasibət bildirməklə kifayətləndi. Rayon FHK sədri Hətkin Mehmanov bildirdi ki, Məmmədovlar ailəsinə məxsus evin dağılması barədə akt tərtib edilib və FHN-nə göndərilib. Həmin ailəyə imkan daxilində köməklik göstəriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar