Stomatologiya və 8-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb sərgiləri başlayıb.
20-ci Yubiley Azərbaycan Beynəlxalq Səhiyyə - BIHE sərgisi öz işinə başlayıb.
ANS PRESS-in məlumatına görə, bu il sərgidə dünyanın 17 ölkəsindən 147 şirkət müasir səhiyyə sektoru üçün zəruri olan ən yeni məhsullarını nümayiş etdiririlər. Bu ölkələr arasında Azərbaycan, Belarus, Böyük Britaniya, Almaniya, İtaliya, Rusiya, Ukrayna, Türkiyə, İsveçrə, Çin, ABŞ və digər ölkələr yer alır.
Sərgidə nümayiş etdirilən tibbi məhsul və xidmətlərin geniş spektrinə tibbi və laboratoriya avadanlıqları, stomatoloji avadanlıqlar, əczaçılıq preparatları, istehlak materialları, dezinfeksiya vasitələri, ortopedik məhsullar, yüksək texnoloji diaqnostika və müalicə metodları, tibbi texnika və s. daxildir.
Qeyd edək ki, “BIHE” sərgisinə paralel olaraq iki tədbir - 9-cu Azərbaycan Beynəlxalq
Stomatologiya (“Stomatology Azerbaijan 2014”) və 8-ci Azərbaycan Beynəlxalq
Gözəllik və Estetik Tibb (“Beauty Azerbaijan 2014”) sərgiləri də keçirilir.