Göygöl rayonunda təbii fəlakət baş verib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, rayonun Yenizond kəndində ötən gün şimşək çaxması nəticəsində bir evə ildırım düşüb. İldırım kənd sakini Kamran Hacıyevə məxsus evin yataq otağına gecə saat 04-radələrində düşüb. Nəticədə evin dam örtüyü dağılıb, şüşələri sınsada xöşbəxtlikdən xəsarət alan omayıb.
Qeyd edək ki, bu gecə respublikanın qərb rayonların aramsız yağış yağması nəticəsində bəzi kəndləri su basıb. /ANS PRESS/