Göygöl rayonunda 80 ton qızıl tapıldı
13 Avqust 2014 Çərşənbə 13:09
Göygöl rayonunun ərazisindəki qızıl yataqlarında uğurlu tədqiqatlar aparılır.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutu və AMEA-nın rəyasət heyəti mərkəzi aparatının innovasiya şöbəsinin əməkdaşları Göygöl rayonunun Tülallar kəndi ərazisindəki qızıl yataqlarında olublar.

Akademiyadan ANS PRESS-ə bildiriblər ki, 80 ton qızıl, 250 ton gümüş ehtiyatı hesablanmış yataqlarda uğurlu tədqiqatlar aparılır.

Səfər zamanı yataqlarda istismar işlərinin gedişi ilə tanışlıq olub, müvafiq məsələlər müzakirə edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar