Göydələndə yaşayanlar orucunu gec açmalıdır
09 Avqust 2011 Çərşənbə Axşamı 03:53
Bu müzakirənin səbəbi şəhərdə günəş batdığı zaman yuxarı mərtəbədə yaşayanların bir müddət günəşi görməsidir
Dubayda oruc tutaraq dünyanın ən hündür binası 828 metrlik “Bürc Xəlifə”nin yuxarı mərtəbələrində yaşayanlar üçün xüsusi fətva verilib. Din xadimləri arasında başlayan bu müzakirənin səbəbi isə şəhərdə günəş batdığı zaman yuxarı mərtəbədə yaşayanların hələ də bir müddət günəşi görməsidir. Bəzi din alimləri bu səbəblə yuxarı mərtəbədə yaşayanların bir az daha artıq oruc tutmalı olduğunu bildirib.

Əhməd Əbdüləziz əl Həddad “Reuters” agentliyinə verdiyi açıqlamada yuxarı mərtəbədə yaşayanların 2 dəqiqə artıq oruc tutmalı olduqlarını deyib.

Başqa bir din alimi Muhamməd əl Qubeysi də onun bu fikirlərini dəstəkləyərək 80-ci mərtəbədən yuxarıda yaşayanların 2 dəqiqə, 150-ci mərtəbə və daha yuxarıda yaşayanların oruclarını bundan daha gec açmalı olduqlarını bildirib. Əl Qubeysi, İslam qaydalarına görə, dağlarda yaşayanların dəniz sahilində yaşayanlardan sonra oruclarını açmaq şərti olduğunu da qeyd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar