Göyçaylı fermer arı südü istehsal edir
05 Avqust 2014 Çərşənbə Axşamı 11:12
Göyçayda arıçılıqla məşğul olan fermer arı südü istehsal edir.
Rayonun Qaraman kəndində uzun illər arı bəsləyən və xüsusi üsulla arı südü əldə edən İsmayıl Xələfov bildirib ki, bunun üçün gərgin zəhmət tələb olunur.

“Mən 10 ildir ki, arıçılıqla məşğul oluram və dəfələrlə arı südü əldə etməyə cəhd göstərsəm də yaxşı nəticə ala bilməmişəm. Bununla bağlı çoxlu kitablar oxudum, mütəxəssislərlə söhbət etdim. Nəhayət, arı südü əldə edəcəyimə əmin oldum və əziyyətimin bəhrəsini gördüm. 75 arı ailəsindən bu günədək 900 qram süd əldə etmişəm. Min bir dərdin dərmanı olan arı südünün əldə edilməsi üçün yay ayları əlverişli sayılır. Mövsümün sonunadək, ümumilikdə, 3 kiloqram arı südü əldə edəcəyimə əminəm”.

Arı südünün istehsalı prosesində hər il 10 ədəd arı ailəsinin, hər gün isə 1500-dək arının məhv olduğunu, əvəzində isə bir çox xəstəliklərin dərmanı olan, insanı sağlam saxlayan və ömrünü uzadan qiymətli arı südünün alındığını vurğulayan İ.Xələfov keyfiyyətinə görə bir kiloqram arı südünün 500 kiloqram balı əvəz etdiyini söyləyib.

Süd istehsalı prosesində hər gün 80-100 qram arı südünün əldə edilməsi üçün 18 saat vaxt sərf olunduğunu bildirən Xələfov arı ailələrinin sayını 100-ə çatdırmağı qarşısına məqsəd qoyub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar