Göyçayın Yekaxana kəndinə kəpənəklər hücum edib
23 İyun 2011 Cümə Axşamı 03:06
Bitki Mühafizəsi idarəsinin rəisi qurda bənzəyən bu həşəratların zərərsiz olduğunu deyib.
Göyçayın Yekəxana kəndində göydən yerə kəpənək yağır. Evdən həyətlərinə çıxan sakinlər qeyri adi mənzərə ilə rastlaşıblar. Gecənin bir vaxtı göydən tökülən qurda bənzər kəpənəklər tökülüb. Gördükləri mənzərədən təşvişə düşən sakinlər indiyə qədər belə bir hadisə ilə rastlaşmadıqlarını deyirlər.
“Birdən elə bir ki yağış yağdı. Baxdıq ki, qurda bənzər kəpənək idi. Tökülürdü yerə. Sonra uçuşurdular. 62 yaşım var mən hələ belə bir hadisə görməmişəm” – deyə kənd sakinlərindən biri deyib.
Qurda bənzər qeyri adi kəpənəyin boyu 2-3 sm-dir, iri qanadları var. Sakinlər kəpənəklərin gecə vaxtı kənddəki işığa toplaşdığını ehtimal edirlər. Hazırda kənddə həyət bacada yüzlərlə kəpənək var. İndi kənd sakinlərini kəpənəklərin ziyanverici olub olmaması düşündürür. Amma sakinlər təşvişə düşməsin. Görünüşcə qeyri adi kəpənəyə bənzəyən bu həşəratlar əslində ziyanverici deyil. Bitki Mühafizəsi idarəsinin rəisi Müdafiə Səfərov bildrir ki, bu kəpənəklər əslində zərqanadlılar fəsiləsinə aiddir: “Bunldar çəyirkəkimilərin bir növyüdür. Bunlar meyvə tərəvəz sahəsində olmur. Ancaq otlaq sahəsində olurlar. Topalaşır və bir yerdə cütləşirlər. Kənd təsərüfatı yerlərinə o qədər də ziyan vermir. Otla qidalanır. Öz yumurtalarını yerləşdirəndən sonra uçub gedirlər. Buna görə də qorxmaq lazım deyil”.
Mütəxəssis bildrir ki, bu həşəratlar başqa ölkələrdən gəlmir. Çünki onlar uzağa uça bilmir şalqan adlanan həşərata bənzər bu kəpənəklər çox vaxt yumurta qoyuduqdan sonra və yaxuddu 30-35 dərəcə isti tempuraturda məhv olurlur. Onlar yabanı bitkilərlə qidalandıqları üçün zəhərli də sayılmırlar. Kəpənəklərin kütləvi şəikldə həyətyanı sahələrə dolması isə hava şəriti ilə bağlıdır.
“Havanın yağmurlu keçməsi şimal küləyinin əsməsi, kəpənəklərin istiqamətini dəyişir. Sonra da ölüb gedirlər. Ona görə də onların heç bir ziyanı yoxdur – deyə Müdafiə Səfərov lıavə edib.
Qeyd edək ki, bir müddət əvvəl Göyçay rayonunda qanadlı qarışqaların hücumu olmuşdu. Qraışqalar ictimai obyektlərə, mağazalara darışmışdı. Mütəxəsis Müdfiə Səfərov qarşıqların hücümü ilə kəpənəklərin kütləfi axınını bir biri ilə əlaqələndirmir. O hesab edir ki, son zamanlar havaların yağmurlu keçməsi həşəratların artımına səbəb olub. Bu dövrü prosesdir və bir müddət sonra nə qarışqalar nə də kəpənəklər olmayacaq. Onlar yenə də özlərinin topağın altındakı yuvalarına çəkiləcəklər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: