Göyçayda dinozavr skeleti tapılıb
28 May 2011 Şənbə 20:05
Göyçayda dinozavr skeleti tapılıb. Aşkar edilən heyvan qalığının uzunluğu 80 sm metrdir.
Göyçay şəhərində dinozavr skeleti tapılıb. Evin zirzəmindən tapılan həm insan, həm də heyvana bənzər skelet ev sakinlərini qorxuya salıb. Göyçay şəhəri, Nizami 150 küçəsində yaşayan ev sakinləri ANS PRESS-ə bildirdilər ki, uzunluğu 80 sm, təxminən 1 metrə çatan skeletin daha dəqiq hansı heyvana aid olduğunu müəyyənləşdirmək çətindir: “Skeletin başının yuxarı hissəsi insan başına oxşayır, amma iri dişərindən daha çox dinozavra bənzəyir. Uzunluğu 80 sm, təxminən 1 metrə yaxındır. Yanında iki ədəd balaca formada olan skeleti də var. Ona yaxınlaşmırıq, kiminsə gəlib ona baxmasını istəyirik. Çünki nəsə qorxulu bir şey olmasından ehtiyat edirik”.

Ev sakinlərinin ilkin ehtimallarına görə, evin zirzəmisindən tapılan bu skelet nə vaxtsa orada yuva salıbmış.

Qeyd edək ki, artıq iki gündür aşkar edilən naməlum heyvan skeletinə hələlik heç mütəxəssis baxış keçirməyib. Ev sakinləri hadisə ilə əlaqədar kimə müraciət etməli olduqlarını bilmirlər.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar