Göyçay Rayonu iki kendine qaz verilecek
10 Oktyabr 2013 Cümə Axşamı 09:57
Göyçay Rayon qaz istismarı sahəsindən bildirilib ki, hazırda Qarayazı və Məlikkənd kəndlərinin qazlaşdırılması üçün həyata keçirilən tədbirlər davam etdirilir.
Göyçayın daha iki kəndinə təbii qaz veriləcək. ANS PRESS-in AzərTAc-a istinadla verdiyi məlumata görə, Göyçay rayonun qaz istismarı sahəsindən bildirilib ki, hal-hazırda rayonun Qarayazı və Məlikkənd kəndlərinin qazlaşdırılması üçün həyata keçirilən tədbirlər davam etdirilir.

Qarayazı kəndinin qazlaşdırılması üçün 27 min 649 metr müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətti çəkilib, 413 mənzilə sayğac quraşdırılıb. Yaxın günlərdə Qarayazı kəndinə “mavi yanacağ”ın verilməsi nəzərdə tutulur. Məlikkənd kəndinin sakinlərinə təbii qazın verilməsi üçün isə 7 min 202 metr qaz xətti çəkilib və hazırda bu istiqamətdə işlər davam etdirilir. Kənddə 215 mənzilə sayğac quraşdırılması nəzərdə tutulub.

Bu ilin iyununda 21 illik fasilədən sonra Göyçay rayonunun Bığır kəndinə də təbii qaz verilib. Bu günədək Göyçay şəhərində və 18 kənddə 14 min 375 mənzil qazlaşdırılıb. Hazırda rayonda ümumi abonentlərin 60 faizi təbii qazdan istifadə edir. 2014-cü ildə rayonun bütün kəndlərinin qazlaşdırılması nəzərdə tutulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar