Goranboyun bir neçə kəndini sel basıb. Kənd sakinlərinin ANS PRESS-ə verdiyi məlumata görə, iyunun 6-da gecə saatlarından başlayaraq yağan aramsız yağış nəticəsində Tərtər çayı daşıb. Saat 05.00 radələrində gələn sel nəticəsində Təhlə kəndindəki 70-80 ev su altında qalıb. Sakinlər arasında təlafat olmasa da, onlara böyük ziyan dəyib. Kənd sakinləri rayon rəhbərliyi, Fövqəladə Hallar Komissiyasına müraciət edərək, kömək istəsələrdə, hələlik ərazidə texnika gəlməyib.
Sel Qaraçay və Goran çaylarının sahili boyunca yerləşən yaşayış məntəqələrində bağlara, biçənəklərə, suvarma sistemlərinə ziyan vurub. Goranboy rayonunun Yenikənd kəndində isə Qaraçayın iki sahilini birləşdirən yeganə körpünü sel aparıb. /ANS PRESS/