Goranboy rayon Təhsil Şöbəsinin müdiri həbs edilib
16 İyun 2009 Çərşənbə Axşamı 14:50
Goranboy rayon Təhsil Şöbəsinin müdiri həbs edilib. APA-nın yerli bürosunun xəbərinə görə, Təhsil Şöbəsinin müdiri Elmar Əliyev korrupsiyada ittiham olunur.
Məlumata görə, hazırda Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən Goranboy rayon Təhsil Şöbəsində yoxlamalar aparılır.

Faktla bağlı Baş Prokurorluğun mətbuat xidmətindən məlumat almaq mümkün olmayıb.

Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumtəhsil və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov isə APA-ya bildirib ki, o bu barədə səhər işə gələrkən eşidib: “Elmar Əliyevin nədə ittiham olunduğunu və hansı səbəbdən tutulduğunu hələ bilmirəm. Korrupsiya İdarəsinin apardığı araşdırmaların nəticəsini gözləməliyik, bundan sonra bizim özümüzün də müəyyən qərarlarımız olacaq”.

A. Əhmədov E. Əliyevin bir neçə ildir, təhsil şöbəsinin müdiri işlədiyini deyib: “İndiyədək onun özü ilə bağlı nazirliyə hər hansı neqativ məlumat daxil olmayıb. Elmar Əliyev işlədiyi dövrdə hər hansı cəza da almayıb”.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar