Gömrük xidməti ASANlaşır
21 May 2014 Çərşənbə 14:19
Gömrük bəyannamələrini ASAN Xidmətədə doldurmaq və gömrük orqanlarına elektron yolla göndərmək mümkün olacaq
ANS PRESS-in məlumatına bu barədə dövlət gömrük komitəsinin sədri Aydın Əliyev deyib.

O bildirib ki, artıq bununla bağlı mütəxəssislər hazırlanır: “Gömrük orqanlarına həvalə olunan gömrük sənədlərinin qəbul olunması zamanı bəzən görürsüz ki, fiziki şəxslər sənədlərlə gəlirlər. Onlar proseduranı bilmədikləri üçün bəyannaməni doldurarkən çətinlik çəkirlər. Artıq bu xidmət ASAN Xidmətdə göstəriləcək. Yalnız sənədləri təqdim etməklə bəyannamənin elektron variantı ilə proses həyata keçiriləcək. Biz artıq bununla bağlı mütəxəssislər yetişdirik. Bu elə də problemli məsələ deyil.

Komitə sədri qeyd edib ki, sözügedən məsələ ilə bağlı hazırlıq işləri aparılır və qısa bir zamanda bu xidmət ASAN Xidmətdə olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar