Gömrük Komitəsindən Ermənistan kartofu açıqlaması
18 Fevral 2014 Çərşənbə Axşamı 17:45
Azərbaycan bazarında Ermənistan mənşəli kartof məhsullarının satılması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur.
Dövlət Gömrük Komitəsi son zamanlar bir sıra mətbu orqanlarda Azərbaycanın daxili bazarında guya Ermənistan mənşəli kartof məhsullarının satılması ilə bağlı məlumatlar barədə açıqlaya yayıb. ANS PRESS-in məlumatına görə, komitədən verilən məlimatda bu informasiyaların həqiqətə uyğun olmadığı, əsassız olduğu qeyd edilib.

"Dövlət Gömrük Komitəsi rəsmi olaraq bildirir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarına uyğun olaraq ölkəmizə idxal olunan kənd təsərrüfatı məhsullarının, o cümlədən kartof məmulatlarının mənşə, fitosanitar, gigiyenik sertifikatları və digər zəruri sənədləri gömrük orqanlarına təqdim olunur. Bu sənədlər ciddi şəkildə yoxlanıldıqdan sonra malın ölkə ərazisinə idxalına icazə verilir. Yuxarıda sadalanan sənədlərdə şübhə doğuran məqamlar olarsa gömrük orqanları tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

Dövlət Gömrük Komitəsi rəsmi olaraq bir daha ictimaiyyətin nəzərinə çatdırır ki, Azərbaycanın daxili bazarında Ermənistan mənşəli kartof məhsullarının satılması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur və həqiqətə uyğun deyildir".


DOSTLARINLA PAYLAŞ:

oyunlar