Gömrük Komitəsi sədri Aydın Əliyev vətəndaşları qəbul edəcək
22 Noyabr 2013 Cümə 09:55
Gömrük Komitəsi sədri Aydın Əliyev Şirvan, Kürdəmir, Ağsu, Şamaxı, Zərdab, Saatlı, Sabirabad, Hacıqabul rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətlərini dinləyəcək.
Dövlət Gömrük Komitəsinin sədri vətəndaşlara qəbul edəcək. ANS PRESS-in Komitənin saytına istinadən verdiyi məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev noyabrın 29-da Şirvan Gömrük İdarəsinin inzibati binasında bu bölgədən olan vətəndaşları qəbul edəcək. Qəbul saat 11-də başlayacaq.
Qəbul zamanı bölgədə yerləşən Şirvan, Kürdəmir, Ağsu, Şamaxı, Zərdab, Saatlı, Sabirabad, Hacıqabul rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
DOSTLARINLA PAYLAŞ: