Gömrük işçilərinin maaşları artırıldı
20 Aprel 2011 Çərşənbə 20:19
Nazirlər Kabineti “Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları”na dəyişiklik edib.
Nazirlər Kabineti “Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları”na dəyişiklik edib. Nazirlər Kabinetinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu qaydalar hökumətin 1997-ci il 25 dekabr tarixli 140 nömrəli qərarı ilə təsdiqlənib.

Yeni qərarla qaydalara edilən əlavələrə əsasən İnkişaf Fonduna daxil olan vəsaitlərin 25 faizi Azərbaycan Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə xərclənəcək.

Qeyd edək ki, bu sənədə dəyişikliklərin edilməsi barədə hökumətə tapşırıq dövlət başçısı tərəfindən verilmişdi. Prezident İlham Əliyevin «Azərbaycan Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında» 2011-ci il 25 fevral tarixli 388 nömrəli fərmanında Qaydalara dəyişiklik edilməsi tapşırılmışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar