GMO mehsullarına qadağa qoyuldu!
22 Oktyabr 2013 Çərşənbə Axşamı 14:16
GMO mehsullarına qadağa qoyuldu! Qadağanı pozanla fiziki şəxslər 3 min, vəzifəli şəxsləri 10 min, hüquqi şəxslər isə 50 min manat cərimə ediləcəklər.
GMO məhsullarının dövlət reyestrinə daxil olması qadağan edildi. ANS PRESS-in verdiyi məlumata görə, "Seleksiya nəaliyyətləri haqqında" qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb.
Yeni dəyişikliklər görə, qanun pozuntusuna yol vermiş şəxslər barəsində müvafiq cərimələr tətbiq olunacaq. Belə ki, fiziki şəxsləri 3 min manat, vəzifəli şəxsləri 10 min manat, hüquqi şəxsləri isə 50 min manat cərimə edilməsi nəzərdə tutulub.
Qanun layihəsində dəyişikliyin əsas məqsədi seleksiya nəaliyyətlərinin mühafizəsinin daha da gücləndirilməsidir.
Qanun layihəsi Milli Məclisdə səsverməyə qoyulub və qəbul olunub.
DOSTLARINLA PAYLAŞ: