Geologiya İnstitutu deyişib Geologiya ve Geofizika İnstitutu olacaq
10 Fevral 2014 Bazar Ertəsi 19:50
Geologiya İnstitutu adı deyişdirilerek Geologiya ve Geofizika İnstitutu ile evez olunacaq.
AMEA Yer Elmleri Bölmesinin növbeti iclası keçirilib. ANS PRESS-in qurumun saytına istinaden melumatına göre, tedbiri giriş sözü ile açan AMEA YEB-in akademik-katibi, AMEA-nın müxbir üzvü Fexreddin Qedirov gündelikde duran meseleler haqqında melumat verib.
AMEA Geologiya İnstitutunun adının deyişdirilerek Geologiya ve Geofizika İnstitutu adlandırılması haqqında çıxış eden F.Qedirov bildirdi ki, Geologiya İnstitutunun terkibinde çox sayda müasir cihaz ve avadanlıqlarla techiz olunmuş 6 laboratoriyadan ibaret “Yer fizikası” seksiyası fealiyyet gösterir. Hazırda burada 7 elmler doktoru, 20-ye yaxın felsefe doktoru çalışır, Bakı Dövlet Universitetinin baza kafedrası yerleşir. Bunu nezere alaraq institutun adı deyişdirilerek Geologiya ve Geofizika İnstitutu adlandırılacaq.
Müzakirelerde AMEA-nın müxbir üzvleri Perviz Memmedov, Ramiz Memmedov, Hetem Quliyev ve digerleri iştirak etdiler.
Tedbirde, hemçinin Neft-Qaz İnstitutunun açılması meselesi müzakire olundu, 2014-cü ilde bölmeye daxil olan Geologiya ve Coğrafiya institutlarında felsefe doktoru hazırlığı üzre doktoranturaya qebul olmuş namizedlerin mövzuları tesdiq edildi.
DOSTLARINLA PAYLAŞ: