Ölkə

Gənclər üçün 0 faizli ipoteka

Azərbaycanda gənclərə faizsiz ipotekanın veriləcəyi məsələsi gündəmdə qalır

· Xəbərçi
Gənclər üçün 0 faizli ipoteka
Azərbaycanda gənclərə faizsiz ipoteka veriləcək. Gənclər və idman naziri Azad Rəhimovun sözlərinə görə, sosial ipoteka məsələsi "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında öz əksini tapıb: "Biz istərdik ki, gənclərin mənzillə təmin olunması üçün sıfır faizli ipoteka kreditləri verilsin və bunun üçün vəsait ayrılsın".

A. Rəhimovun sözlərinə görə, 88 fəsildən, 144 bənddən ibarət proqram hazırdır və son baxış üçün bütün nazirliklərə paylanılıb.

Xatırladaq ki, hazırda Azərbaycanda dövlət vəsaiti hesabına ipoteka kreditləri illik 8 faiz, sosial ipoteka kreditləri isə 4 faiz ilə verilir.

Qeyd edək ki, iyunun 6-da "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının təsdiqlənəcəyi gözlənilir.

Şərhlər