Gəncədəki Şah Abbas məscidinin fasad hissəsi təmir ediləcək
29 Avqust 2011 Bazar Ertəsi 11:47
Məscidin inşa tarixi və memarı haqqında olan məlumat-yazıların bərpası həyata keçiriləcə
Yaxın günlərdə Azərbaycan memarlığının nadir incilərindən olan Gəncədəki Şah Abbas məscidinin fasad hissəsində əsaslı təmir işlərinə başlanılacaq. Hazırda məscidin yerləşdiyi ərazidə yenidənqurma işləri aparılır, yaxınlığında yeni fəvvarə inşa olunur.

Şəhər mədəniyyət və turizm idarəsindən bildiriblər ki, avqustun sonunda məscidin fasad hissəsində təmir işlərinə başlanılacaq.Təmir zamanı məscidin əvvəlki görkəmi saxlanılmaqla, tikintidə istifadə olunan kərpiclərin araları təmizlənərək qədimdə işlədilən inşaat materialları ilə doldurulacaq. Eyni zamanda kərpiclərin üzü cilalanacaq. Bundan əlavə, məscidin minarələri, işıq sistemi, pəncərələrdə olan şəbəkələr də təmir ediləcək.

Yenidənqurma zamanı məscidin bəzi hissələrində əmələ gəlmiş çatlar aradan qaldırılacaq, zədələnən kərpıclər yenisi ilə əvəz olunacaq. Sonuncu təmir zamanı məscidin minarələrində bağlanmış nəfəsliklər yenidən açılacaq, onun inşa tarixi və memarı haqqında olan məlumat-yazıların bərpası həyata keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar