Gəncədə QHT rəhbəri saxlanıldı
01 Aprel 2014 Çərşənbə Axşamı 01:14
Saxlanılan Həsən Hüseynlinin rəhbərlik etdiyi QHT 2009-cü ilə qədər Açıq Cəmiyyət İnstitutunun Gəncə Filialı kimi fəaliyyət göstərib.
Gəncədə QHT rəhbəri saxlanılıb. ANS PRESS-in məlumatına görə, Kamil Vətəndaş İctimai Birliyinin sədri Həsən Hüseynli evindən mülki geyimli şəxslər tərəfindən aparılıb.
Oğlu Azər Hüseynli ANS PRESS-ə açıqlamasında atasının bu gün saat 18 radələrində evdən aparıldığını bildirib. Onun sözlərinə görə, evlərinə gələnlər polis formasında olmayıblar.
Həsən Hüseynlinin hazırda Gəncə şəhər Nizami rayonunun Polis Şöbəsində olduğunu bildirən Azər Hüseynli atasının hansı səbəbdən saxlanılmasından məlumatı olmadığını bildirdi.
Qeyd edək ki, Həsən Hüseynlinin rəhbərlik etdiyi QHT 2009-cü ilə qədər Açıq Cəmiyyət İnstitutunun Gəncə Filialı kimi fəaliyyət göstərib.
Gəncə şəhər Polis İdarəsindən Həsən Hüseynlinin saxlanılması ilə bağlı məlumatları olmadığını bildirdilər.
DOSTLARINLA PAYLAŞ: