Gəncədə məktəblilər dərsdən evə buraxılıblar
22 Aprel 2013 Bazar Ertəsi 14:17
Buna səbəb şəhərdə baş verən zəlzələ olub.
Gəncədə 4 cü dərsdən məktəblilər evə buraxılıb. Buna səbəb şəhərdə baş verən zəlzələ olub. ANS PRESS-in bölgə muxbirinin verdiyi məlumata görə, Gəncədəki zəlzələ zamanı sakinlərin əksəriyyəti narahatlıq keçirib.
Gəncə Seysmik Stansiyasından Ağa Mustafayev bildirib ki, zəlzələ Gəncədən Göygöl rayonu istiqamətinə 25 km uzaqlıqda olub. Zəlzələnin episentri Göygölün Dozular kəndi olub, burada Rixter cədvəli üzrə 3.5 bal gücündə təkanlar qeydə alınıb. Gəncədə isə yeraltı təkanlar 3.3 bal gücündə hiss olunub.
İlkin məlumatlara görə, şəhərə ciddi ziyan dəyməyib, ölən və yaralılar yoxdur. Şəhərdəki 24 nömrəli məktəbin direktoru bildirib ki, həmin təhsil ocağa zəlzələdən zərər görüb. Nəticədə məktəbin binasında çat yaranıb. A. Mustafayev onu da əlavə edib ki, 3.3 bal gücündə zəlzələ adətən dağıntılara səbəb olmur. Ona görə də məktəb binasınadakı çatların yaranmasına zəlzələnin səbəb olması araşdırılmalıdır.
FHN Gəncədəki Regional İdarədən bildiriblər ki, hələlik dağıntı və zərərdəymə halları ilə bağlı onlarda məlumat yoxdur.
DOSTLARINLA PAYLAŞ: