Gəncədə Gürcüstanın baş konsulluğu açılıb
19 Fevral 2014 Çərşənbə 17:42
Bu gün Gəncədə Gürcüstanın baş konsulluğunun açılışı olub.
Açılış mərasimində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın xarici işlər naziri Maya Pancikidze və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb. Daha sonra birgə mətbuat konfransı keçirilib.

E.Məmmədyarov deyib ki, Bakı-Tiflis-Qars dəmir yolu xəttinin vaxtında inşa edilməsində Azərbaycan, Gürcüstan, Türkiyə və hər üç ölkənin Nəqliyyat nazirlikləri maraqlıdır.

“Biz Bakı-Tiflis-Qars dəmir yolu hazır olduqdan sonra NATO-nun Əfqanıstandakı əsgərlərinin bu xəttlə çıxarılmasını təklif etmişik. Artıq bununla bağlı rəsmi orqanlarla görüşlər keçirilib və danışıqlar aparılır", - deyə Azərbaycanın xarici işlər naziri bildirib.

Rəsmi açılışdan sonra qonaqlar baş konsulluğun binasına baxış keçiriblər. Üç ölkənin xarici işlər nazirləri Türkiyənin Gəncədəki konsulluğunu da ziyarət ediblər.



DOSTLARINLA PAYLAŞ:

oyunlar