Gəncədə ahıllar pulsuz tibbi müayinədən keçirildi
12 Avqust 2014 Çərşənbə Axşamı 01:02
Gəncədə dövlət himayəsində yaşayan tənha ahıllar pulsuz tibbi müayinədən keçiriliblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, YAP Gəncə şəhər təşkilatının təşəbbüsü ilə təşkil olunan müayinə mərkəzdə yaşayan insanların göz xəstəliklərinin olub-olmadığının müəyyən olunması və müvafiq tibbi-profilaktik yardımın təşkil edilməsi məqsədini daşıyıb.

Gəncə şəhər səhiyyə idarəsinin həkimləri tərəfindən mərkəzin 104 nəfər sakininin hər biri ətraflı müayinə edilib və onlara tibbi məsləhət xidməti göstərilib, tibbi maarifləndirmə işi aparılıb. Ayrı-ayrı şəxslərə yerindəcə tibbi yardım edilib. Bununla yanaşı, müayinə nəticəsində gözlərində xəstəliklər aşkar olunan 2 nəfərin sistemli şəkildə müvafiq müalicə prosedurlarına cəlb olunması qərara alınıb.

Tənha ahıl insanlar Azərbaycan prezidenti İlham Əliyev tərəfindən dövlət himayəsində yaşayan insanların hərtərəfli qayğı ilə təmin olunmasından razılıqlarını ifadə edib, onların sağlamlığının mühafizəsinə göstərilən diqqət və qayğıya görə dövlətimizin rəhbərinə minnətdarlıqlarını bildiriblər.






DOSTLARINLA PAYLAŞ:

oyunlar