Ölkə

Gəncədə 11 tonluq tortun təqdimatı keçirilib

Bu gün Gəncənin Heydər Əliyev Meydanında iş adamlarının təşəbbüsü ilə prezident İlham Əliyevin ad gününə hazırlanmış tortun təqdimetmə mərasimi keçirilib.

· Xəbərçi
Gəncədə 11 tonluq tortun təqdimatı keçirilib
APA-nın xəbərinə görə, təqdimetmə mərasimi Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun tortu kəsməsi ilə başlanıb. Mərasimdə 30 mindən çox şəhər sakini iştirak edib. Bundan sonra isə mərasim tanınmış müğənnilərin konsert proqramı ilə davam etdirilib.

Qeyd edək ki, tortun uzunluğu 48 metr, çəkisi isə 11 tondur. Tortun hazırlanmasına 3,5 ton un, 3 ton şəkər tozu, 500 kiloqram kərə yağı, 35 000 ədəd yumurta, 500 kiloqram qoz ləpəsi və ədviyyatlar işlənib. Hazırlanmış tortun mərkəzində prezident İlham Əliyevin 48 yaşına həsr olunmuş kompazisiya, sağ və solunda isə Gəncənin tarixi memarlıq abidələrinin, şəhərin görüntülərinin təsvirləri öz əksini tapıb. APA

Şərhlər