Gəncə - Bakı qatarı ləğv edilib
02 İyun 2009 Çərşənbə Axşamı 22:20
Sərnişinlər bundan sonra Ağstafa-Bakı və Böyükkəsik-Qazax-Bakı qatarından istifadə edəcəklər

İyunun 2-dən Gəncə-Bakı qatarı ləğv edilib. Bundan sonra bu marşrutdan istifadə edən sərnişinlər Ağstafa-Bakı və Böyükkəsik-Qazax-Bakı qatarından istifadə edəcəklər. Bu barədə "Azadlıq" radiosuna Gəncə Dəmiryol vağzalının rəis əvəzi Vidadi Babayev məlumat verib. Onun bildirdiyinə görə, bu tədbirlər sərnişinlərə göstərilən xidmətin keyfiyyətini artıracaq.

«İndiyədək 6 vaqonlu Gəncə-Bakı qatarı hərəkət edirdi. Hazırda bu marşrut ləğv edildi və vaqonlar Ağstafa-Bakı sürət qatarına qoşulub. Yəni bu istiqamət üzrə vaqonların sayı 14-ə çatdırılıb. Bundan başqa Böyükkəsik-Qazax-Bakı qatarına əlavə 5 vaqon artırılıb və onların sayı 22-yə çatdırılıb»,- deyə o qeyd edib.

V.Babayevin bildirdiyinə görə, əvvəllər gün ərzində 250 sərnişinə bilet satılırdısa, indi təxminən 350 sərnişin dəmiryol vağzalının xidmətindən istifadə edəcək. Yay aylarında ehtiyac olarsa, qatarlara əlavə 4-5 vaqon da qoşula bilər.



DOSTLARINLA PAYLAŞ:

oyunlar