Gənc əsgərlər and içib
22 May 2011 Bazar 17:40
Sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsində hərbi andiçmə mərasimi keçirilib. Gənc əsgərlər and içib.
Sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsindəki Təlim-Tədris Mərkəzində gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib. Təntənəli mərasimdə hərbi hissə komandiri, polkovnik-leytenant Mehman Yusifov, sərhəd qoşunları komandanının müavini, general-mayor Məhəmməd Abasquliyev əsgərləri təbrik edib.
Əsgərlər xidmət müddətində Azərbaycana, xalqa sadiq olacağına, mübarizlik cəsurluq və qorxmazlıq nümayiş etdirərək dövlətimizin sərhədlərini göz bəbəkləri kimi qoruyacaqlarına and içiblər.
Övladlarının andiçmə mərasimindən qürurlanan valideynlər övladlarını hərbi tapşırıqlarını layiqincə yerinə yetirməyə çağırıblar. Əsgərlərin yaxınları bu günün həyatlarında baş verən ən əlamətdar hadisə kimi qiymətləndirirlər.
Mərasim gənc əsgərlərin hərbi marşının sədaları altında sıra yerişlərilə başa çatıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: