“GEN” MMC-nin cinayət işi üzrə 8,6 milyon manatlıq əmlaka həbs qoyulub
14 Dekabr 2009 Bazar Ertəsi 13:55
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “GEN” MMC-nin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA-nın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Azər Osmanov bildirib ki, cinayət işi üzrə 8,6 milyon manatlıq əmlaka həbs qoyulub. Lakin mülki iddiaçı kimi tanınan zərərçəkənlərin mülkiyyət hüququ təsdiqlənməyib. Prokror deyib ki, zərərçəkənlərin mülkiyyət hüququnun təsdiqlənməsi vacibdir.
Bundan sonra prosesdə məhkəmə istintaqının yenilənməsi barədə qərar qəbul olunub. Hakim isə deyib ki, üzərinə həbs qoyulan əmlakın hüququ rejimi öyrənilsin və buna qiymət verilsin.
Prosesi dekabrın 21-də davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilənlər Əliyev Elbrus Bulud oğlu, Abbasov Əliyar Qənbər oğlu, Ağayev Həbib Məmmədağa oğlu, Məmmədov Nəbi Ağarəhim oğlu, Cəfərzadə Mehparə Mahmud qızı, Ələmov Asif Meyli oğlu, Səfərov İlkin Məzahir oğlu, Əliyev Ramil Saday oğlu və Əhmədov Kamran Sabir oğlu Azərbaycan Cinayət Məcəlləsinin 178.3.1 (dələduzluq – mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 178.3.2 (dələduzluq – külli miqdarda ziyanla törədildikdə) maddələri ilə ittiham olunurlar.
Cinayət işi üzrə 10 nəfər şəxs təqsirləndirilir, 373 nəfər isə zərərçəkmiş kimi tanınıb. APA
DOSTLARINLA PAYLAŞ: