Gələn ilin dövlət büdcəsində təhsil və səhiyyə xərcləri 8 % artırılacaq
08 Oktyabr 2013 Çərşənbə Axşamı 13:09
Büdcə lahiyəsində təhsil xərcləri 8, səhiyyə xərcləri 8,4 faiz artıb.
2014-cü ilin dövlət büdcəsində təhsil və səhiyyə xərcləri üçün ayrılan vəsaitin həcmi 8 % artırılacaq. ANS PRESS-in məlumatına bu barədə məlumat 2014-cü il dövlət büdcəsinin layihəsində yer alıb.
Qeyd edək ki, büdcə lahiyəsində təhsil xərcləri üçün 1653,4 milyon manat vəsait ayrılması proqnozlaşdırılır. Bu da 2013-cü illə müqayisədə 123 milyon manat və yaxud 8 faiz çoxdur.
Səhiyyə xərcləri üçün isə 2014-cü ilin dövlət büdcəsində 725,6 milyon manat vəsait ayırmaq nəzərdə tutulub. Bu rəqəm cari illə müqayisədə 56,3 milyon manat və yaxud 8,4 faiz artıq deməkdir.
DOSTLARINLA PAYLAŞ: