Gələn həftə hava şəraiti nisbətən sabit olacaq
25 İyul 2009 Şənbə 19:45
Belə ki, qarşıdan gələn həftə mülayim, arabir güclənən şimal küləkləri üstünlük təşkil edəcək

Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə müdiri Gülşad Məmmədovun verdiyi məlumata görə, gələn həftənin birinci yarısında hava şəraitində mühüm dəyişiklik gözlənilmir.
Onun sözlərinə görə, qarşıdan gələn həftə mülayim, arabir güclənən şimal küləkləri üstünlük təşkil edəcək.

“Temperaturun gündüz saatlarında bu günkülərə nisbətən 2-3 dərəcə yüksələrək 32-35 dərəcəyədək artacağı ehtimal olunur. Eləcə də bölgələrimizdə bu gün, 26-sı, 27-si əsasən gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləkləri üstünlük təşkil edəcək. Temperatur yaxın günlərdə bu günə nisbətən mərkəzi aran rayonlarında 2-3 dərəcə yüksələcək. Gündüz saatlarinda -34-38 dağlarda isə 22-27 dərəcəyədək yüksələcəyi gözlənilir”, - deyə o bildirib. /ANS TV/

Gülşad Məmmədovun sözlərinə gərə, belə hava şəraiti bir çox meterohəssas insanlar üçün, əsasən də ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar üçün əlverişli hesab edilir. Gələn həftə dəniz suyunun temperaturu 24-25, ayrı-ayrı günlərdə 26 dərəcəyə qədər yüksələcəyi gözlənilir. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar