Gələn ay 35-37 dərəcə isti olacaq
28 May 2010 Cümə 15:40
İyunda havanın orta aylıq temperaturu iqlim normalarına uyğun olacaq.
İyun ayında havanın orta aylıq temperaturu iqlim normalarına uyğun olacaq. Yağıntının səviyyəsi respublika ərazisində qeyri-bərabər bölünəcək, bəzi Aran rayonlarında və Böyük Qafqaz regionunda normadan artıq, digər bölgələrdə normaya uyğun olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur müsbət 21-23 dərəcə (gecə 15-20 dərəcə gündüz 25-28 dərəcə, bəzi günlər 35 dərəcəyədək qalxacaq), yağıntının səviyyəsi normaya yaxın (4-12 mm) olacaq.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur müsbət 23-25 dərəcə (gecə müsbət 16-20 dərəcə, gündüz 26-31 dərəcə, ayın sonuna yaxın 37 dərəcəyədək artacaq), yağıntının səviyyəsi normaya yaxın (21-35 mm) olacaq.
Yuxarı Qarabağ, İstisu-Laçın, Daşkəsən-Gədəbəydə orta aylıq temperatur müsbət 13-15 dərəcə (gecə 7-11 dərəcə, gündüz 16-21 dərəcə isti, ayın sonunda 28 dərəcəyədək yüksələcəkdir), yağıntının səviyyəsi normaya yaxın (86-130 mm), bəzi yerlərdə normadan artıq təşkil edəcək.
Qazax-Gəncə, Ağdam-Füzuli-Cəbrayıl zonasında orta aylıq temperatur müsbət 20-23 dərəcə (gecə 13-18 dərəcə, gündüz 24-28 dərəcə, bəzi günlər 35 dərəcəyə yüksələcəkdir), yağıntının səviyyəsi normaya uyğun (46-63 mm) olacaq.
Balakən-Şəki-Qəbələ, Şamaxı-İsmayıllı, Quba-Qusar-Xaçmazda orta aylıq temperatur müsbət 18-21 dərəcə (gecə 12-16 dərəcə, gündüz 20-25 dərəcə, ayın sonunda 32 dərəcəyədək isti), yağıntının səviyyəsi normaya yaxın (18-179 mm), bəzi yerlərdə normadan artıq olacaq.
Mərkəzi Aran rayonlarında orta aylıq temperatur müsbət 23-25 dərəcə (gecə 16-21 dərəcə, gündüz 25-23 dərəcə isti, ayın sonunda 37 dərəcəyədək artacaq), yağıntının səviyyəsi normaya yaxın (12-50 mm), bəzi yerlərdə normadan artıq təşkil edəcək.
Masallı-Lənkəran-Astarada orta aylıq temperatur 20-23 dərəcə (gecə 13-18 dərəcə, gündüz 23-28 dərəcə, bəzi günlər 34 dərəcəyədək artacaq), yağıntının səviyyəsi normaya yaxın (29-47 mm) olacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: