Fuad Ələsgərov: “Azərbaycanda bəzi sahələrdə inhisarçılığın olduğu inkar edilmir”
15 Aprel 2011 Cümə 13:30
“Azərbaycanda bəzi sahələrdə inhisarçılığın olduğu inkar edilmir. Lakin biz korrupsiya və inhisarçılıqla ciddi mübarizə aparırıq”.
APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının (PA) hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib.

F. Ələsgərov Azərbaycan prezidentinin adına yüzlərlə vətəndaşın minnətdarlıq məktubu daxil olduğunu deyib. O qeyd edib ki, Respublika Prokurorluğunda korrupsiya hallarının qarşısını almaq üçün “Qaynar xətt” fəaliyyət göstərir: “Şikayətləri olanlar “Qaynar xətt” vasitəsilə məlumat verə bilərlər. İnanıram ki, tezliklə bunun nəticəsini görəcəklər”. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar