APA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov “Hakim və hüquqşünaslar üçün yay məktəbi”ndə çıxışında bildirib.
F. Ələsgərov qeyd edib ki, Azərbaycanda məhkəmələrin və hakimlərin müstəqilliyinin təmin olunması üçün ciddi tədbirlər həyata keçirilib, bu da vətəndaşların məhkəmələrə inamını artıb. Onun sözlərinə görə, son illər vətəndaşların məhkəmələrə müraciətlərinin sayı da artıb.
Azərbaycan qanunvericiliyinin İnsan Hüquqlarına dair Avropa Konvensiyasına uyğunlaşdırılması haqqında da danışan F. Ələsgərov bununla bağlı təlimlərin keçirildiyini vurğulayıb. APA
Fuad Ələsgərov: Azərbaycan son illər məhkəmələrə müraciət edənlərin sayı artıb
Fuad Ələsgərov:“Azərbaycan vətəndaşlarının məhkəmə instansiyalarına inamı artıb”.




Şərhlər