Finlandiyanın Azərbaycankı səfiri SAM-da olub
07 Aprel 2011 Cümə Axşamı 13:12
Petri Salo mərkəzin direktor müavini Gülşən Paşayeva ilə görüşüb
Finlandiyanın Gürcüstan, Ermənistan və Azərbaycandakı səfiri Petri Salo Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) olub və SAM-ın direktoru müavini Gülşən Paşayeva ilə görüşüb. Mərkəzdən ANS PRESS-ə verilən məlumata görə, görüş zamanı Gülşən Paşayeva qonağa SAM-ın fəaliyyəti – nəşr edilmiş elmi dərgilər, yerli və beynəlxalq əhəmiyyətli tədbirlər və perspektivli layihələr haqqında məlumat verib.
Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlıq üçün geniş potensialın mövcud olduğunu vurğulayan tərəflər, həmçinin humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsi, elm, təhsil, xüsusilə beyin mərkəzləri arasında elmi-tədqiqat sahəsində müxtəlif layihələrin və tədbirlərin həyata keçirilməsinin iki ölkə arasında təmasların intensivləşməsinə zəmin yaradacağına əmin olduqlarını bildiriblər.
Görüşdə, həmçinin regional və beynəlxalq məsələlər və bir sıra qarşılıqlı maraq kəsb edən mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
DOSTLARINLA PAYLAŞ: