Filip Lefort Bakıda səfərdədir
05 Sentyabr 2011 Bazar Ertəsi 12:41
O bildirib ki, görüşlərində regiondakı münaqişələrlə bağlı da müzakirələr aparacaq.
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsi Filip Lefort Bakıya səfər edib. Hava limanında jurnalistlərə açıqlama verən F. Lefort deyib ki, onun səfəri Aİ-nin regiona ciddi önəm verməsinin göstəricisidir.
“Avropa İttifaqı bu regionda çox işlər görməlidir, çünki region bizim üçün böyük maraq kəsb edir. Elə buna görə də mən təyinatımdan dərhal sonra region ölkələrinin hər üçünün paytaxtına səfər etmək istədim”.
Bakıda Azərbaycan prezidenti, xarici işlər naziri, müdafiə naziri, parlamentin spikeri ilə görüşəcək xüsusi nümayəndə daha sonra Tiflis və İrəvana səfər edəcək.
O bildirib ki, görüşlərində regiondakı münaqişələrlə bağlı da müzakirələr aparacaq.
Qeyd edək ki, bu, F. Lefortun Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi kimi regiona ilk səfəridir.
DOSTLARINLA PAYLAŞ: