FHN seldən əziyyət çəkən rayonlara yardım göndərib
30 Sentyabr 2009 Çərşənbə 17:50
Daşqınlardan ziyan çəkmiş bütün şəxslər yardım alacaq
Fövqəlada Hallar Nazirliyi sel-sularının və yağışların ziyan vurduğu rayonlara yardım göndərib. Bir az əvvəl yola sanınan yardımın ümumi məbləği 400 min manatdan artıq qiymətləndirilir. Nazirliyin maddi texniki təchizat idarəsinin rəisi Raqif Muradov bildirib ki, yardım Lənkəran, Quba, Şamaxı, Qobustan, Xaçmaz, Daşkəsən,Gədəbəy, Tovuz və Qax rayonlarına göndərilib. Yardımlara 520 kub metr taxta, 32 min ədəd şifer, 6500 kvadrat metr şüşə, 2500 kvadrat metr metal şifer daxildir. Bu gün və sabah yardımlar davam edəcək.
Hazırda nazirliyin yanğından mühafizə xidmətinin əməkdaşları 10 rayonda evlərin və binaların zirzəmilərinə dolmuş suları təmizləməklə məşğuldurlar. R. Muradovun sözlərinə görə, selin ziyan vurduğu bölgələrdə hesablama işləri aparılır və sel-sularından ziyan çəkmiş bütün şəxslərin yardım alacaq.ANSPRESS
DOSTLARINLA PAYLAŞ: