FHN dəyən ziyanı hesablayır
08 Yanvar 2010 Cümə 13:25
Ekspertlər daha çox ziyan dəymiş cənub rayonlarında qasırğağının nəticələrinə yekun vururlar
Azərbaycan FHN ekspertləri respublikanın daha çox ziyan dəymiş cənub rayonlarında qasırğanın nəticələrinə yekun vururlar. Bu barədə nazirliyin rəsmi saytında məlumat verilib.
Xatırladaq ki, Azərbaycanın bir neçə rayonunun, o cümlədən cənub bölgəsinin ziyan çəkdiyi təbii fəlakət çoxlu sayda sosial obyektlərə - məktəblərə, uşaq bağçalarına, səhiyyə obyektlərinə, eləcə də yaşayış evlərinə ciddi ziyan vurub.
Bununla əlaqədar müvafiq dövlət qurumlarının nümayəndələri qasırğadan ziyan çəkmiş rayonlarda iqtisadi zərəri müəyyən etməyə başlayıblar.
Qeyd edək ki, cənub rayonlarına, eləcə də Daşkəsənə 10 min ədəd şifer, 1 min kvadrat metr şüşə və 100 kubmetr taxta göndərilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: