Ferhad Eliyev ve Rafiq Eliyev qardaşlar efv olunublar
14 Oktyabr 2013 Bazar Ertəsi 21:28
Ferhad Eliyev ve Rafiq Eliyev qardaşlar efv olunublar. Onların adı efv siyahısında 37-ci ve 38-ci gelir.
Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı növbəti əfv sərəncamına əsasən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyev əfv olunublar.

ANS PRESS əfv sərəncamına istinadən bildirir ki, onların adı əfv siyahısında 37-ci və 38-ci gəlir.

1963-cü ildə anadan olmuş Əliyev Fərhad Şövlət oğlu Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə məhkum edilib.

1967-ci ildə anadan olmuş Əliyev Rafiq Şövlət oğlu Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə məhkum edilib.

Əliyev qardaşları cəzalarının qalmış hissəsindən azad olunublar.

Xatırladaq ki, Fərhad Əliyev, qardaşı Rafiq Əliyev və anası Şövkət Əliyeva ölkə başçısına əfv ilə bağlı müraciət etmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar